16:16 - 13.11.2026
13 Noyabr, Fineko/abcnews. "HSBC Global Investment Research" qlobal bank sektorunda bərpa gözləntiləri fonunda müxtəlif regionların kredit təşkilatları üzrə qiymətləndirmələrini yeniləyib.
Hesabata əsasən, qurum CEEMEA (Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika) regionunda "həddindən artıq dəyərləndirilmiş" hesab etdiyi Polşa və Cənubi Afrika banklarına qarşı ehtiyatlı mövqe tutur. Latın Amerikasında Meksika bankları üzrə proqnozunu "pozitif"dən "neytral"a endirən HSBC, kəskin dəyər itkisindən sonra regionda Braziliya banklarına üstünlük verdiyini açıqlayıb.
Asiya bazarlarında seçici yanaşan qurum "dəyərindən aşağı qiymətləndirilmiş" Cənubi Koreya bankları üzrə pozitiv mövqeyini qoruyur və Hindistan banklarının üstün performansının davam edəcəyini gözləyir, Honkonq və Sinqapur bankları üzrə görünümü isə "neytral"a endirib. İnkişaf etmiş bazarlarda isə HSBC ABŞ bankları və Avropanın İtaliya, İspaniya və Almaniya kredit təşkilatlarına qarşı kademəli şəkildə daha nikbin mövqe sərgiləyir.
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026
23 Noyabr 2026