ARDNF-nin investisiya portfelinin aktivlər üzrə bölgüsü açıqlanıb

15:16 - 20.10.2026


20 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin aktivlər üzrə bölgüsündə istiqrazlar və pul bazarı alətlərinin çəkisi ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz bəndi azalaraq 33,9% təşkil edib.

ARDNF-nin 2026-cı ilin ilk 9 ayının yekunlarına dair hesabatına əsasən, portfeldə aktiv kateqoriyalarının payı aşağıdakı kimi formalaşıb:

•      İstiqrazlar və pul bazarı alətləri: 33,9% (0,8 faiz bəndi azalma)

•      Qızıl: 32,3% (0,5 faiz bəndi azalma)

•      Səhmlər: 27,0% (1,2 faiz bəndi artım)

•      Daşınmaz əmlak və infrastruktur: 6,8% (0,1 faiz bəndi artım)