ARDNF-in neft-qaz gəlirləri 11,5% artıb

11:53 - 20.10.2026


20 oktyabr, Fineko/abc.az. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) neft-qaz layihələri üzrə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 11,5% və ya 902,9 milyon manat artaraq 8 milyard 740,6 milyon manata çatıb.

Gəlirlərin əsas hissəsini – 7 milyard 343,9 milyon manatını mənfəət nefti və qazının satışı təşkil edib ki, bu da illik müqayisədə 3,9% artım deməkdir.

Yataqlar üzrə daxilolmalara gəldikdə, AÇG blokundan gəlirlər 6 milyard 183,9 milyon manatdan 6 milyard 570,6 milyon manata yüksəlsə də, Şahdəniz yatağından daxilolmalar 697 milyon manatdan 565,1 milyon manata enib.

Ümumi gəlirlərin artmasında karbohidrogen satışı ilə yanaşı, “Cənub Qaz Dəhlizi” QSC-də dövlətə məxsus payın satışından daxil olan 1 milyard 390,9 milyon manatlıq vəsait də mühüm rol oynayıb.

Qalan hissəni isə bonus, tranzit və akrhesabı ödənişlərdən əldə edilən daxilolmalar təşkil edib.