16:21 - 8.10.2026
8 oktyabr, Fineko/abc.az. İqtisadi siyasətin sərtləşdirilməsi və idxal olunan enerji resurslarının qiymətlərinin artması Türkiyə iqtisadiyyatının artımını 2025-ci ildəki 3,7%-dən 2026-cı ildə 2,8%-ə qədər azaldacaq.
Bu barədə Dünya Bankının hesabatında bildirilir.
2027-ci ildə iqtisadi artımın 3,8%-ə, 2028-ci ildə isə 4,5%-ə çatacağı gözlənilir. Eyni zamanda, siyasətin sərtləşdirilməsi daxili tələbi zəiflədib və inflyasiyanın qarşısını almağa kömək edib. Kreditləşmə şərtlərinin sərtləşməsi, real əməkhaqqının daha yavaş artması və dizel yanacağının bahalaşması artımı məhdudlaşdıran amillər olaraq qalır.
Dünya Bankının qiymətləndirməsinə görə, Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarının artımı 2026-cı ildə 2025-ci ildəki 2,6%-dən 2,2%-ə qədər yavaşlayacaq.
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
8 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026
7 Oktyabr 2026