Britaniya Azərbaycanın ən böyük xarici investoru olaraq qalır - Nazir

16:31 - 6.10.2026


6 oktyabr, Fineko/abc.az. Böyük Britaniyanın dövlət naziri Anas Sarvar Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında Böyük Britaniya şirkətlərinin, xüsusilə bp-nin 30 ildən artıqdır Azərbaycanın iqtisadi inkişafında fəal iştirak etdiyini bildirib.

Nazir vurğulayıb ki, Britaniya investisiyaları və təcrübəsi Azərbaycanın enerji resurslarının işlənilməsinə, beynəlxalq bazarlara çıxışına və Avropanın enerji təhlükəsizliyindəki rolunun güclənməsinə mühüm töhfə verib.

Ölkəsinin Azərbaycanın ən böyük xarici investoru olaraq qaldığını diqqətə çatdıran Sarvar, əsas məqsədin qarşılıqlı investisiyaları və ikitərəfli iqtisadi əlaqələri hər iki istiqamətdə daha da genişləndirmək olduğunu qeyd edib.