15:37 - 5.10.2026
5 oktyabr, Fineko/abc.az. “Ziraat Bank Azərbaycan” ASC kapital bazarından 15 milyon manat vəsait cəlb etməyə hazırlaşır.
Bank hər birinin nominal dəyəri 100 manat olan 150 min ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxacaq. Buraxılış 30 milyon manatlıq baza emissiya prospekti çərçivəsində həyata keçirilir.
İstiqrazlar üzrə illik gəlirlilik 10% müəyyən edilib. Qiymətli kağızların tədavül müddəti 360 gün olacaq, faiz ödənişləri isə hər 90 gündən bir həyata keçiriləcək.
Bank emissiyadan əldə ediləcək vəsaiti əsasən kredit portfelinin genişləndirilməsinə yönəltməyi planlaşdırır. Sənəddə bildirilib ki, cəlb olunan vəsait real sektorun, xüsusilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi, kredit portfelinin diversifikasiyasının artırılması, eləcə də regionlarda iqtisadi fəallığın və məşğulluğun yüksəldilməsi məqsədilə istifadə ediləcək.
İstiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur. Buraxılışın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. İstiqrazlara abunə üzrə minimum məbləğ 100 manatdır, maksimum məbləğ üzrə isə məhdudiyyət müəyyən edilməyib.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026