11:50 - 5.10.2026
5 oktyabr, Fineko/abc.az. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində 5 fəsil və 14 maddədən ibarət “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə insan hüquq və azadlıqlarının müdafiəsi və keyfiyyətli hüquqi yardıma əlçatanlığı təmin etmək məqsədilə pulsuz hüquqi yardımın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Sənədə əsasən, xidmətlər dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılan vəsait hesabına, habelə vəkillərin il ərzində ən azı 30 saat təqdim etməli olduğu “pro bono” (ödənişsiz) xidmətlər çərçivəsində göstəriləcək.
Qanun layihəsinə əsasən, peşəkar pulsuz hüquqi yardım almaq hüququ ilk növbədə xidmət haqqını ödəməyə maddi imkanı çatmayan aztəminatlı şəxslərə — ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, əlilliyi olan işləməyən şəxslərə və rəsmi işsiz kimi qeydiyyatda olanlara şamil edilir.
Həmçinin xüsusi kateqoriyadan olan digər şəxslər də bu hüquqdan yararlana biləcəklər. Buraya şəhid ailələrinin üzvləri, müharibə veteranları, yetkinlik yaşına çatmayanlar, valideyn himayəsindən məhrum olmuş şəxslər, insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkənlər, korrupsiya xəbərdarlığı edən şəxslər, qaçqınlar və siyasi sığınacaq alanlar, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər (1 il müddətində) və probasiya nəzarətində olanlar daxildir.
İlkin və peşəkar hüquqi yardım Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təşkil olunacaq, vəkillər, paraleqallar, vəkil köməkçiləri və ali məktəblərin hüquq klinikaları tərəfindən həyata keçiriləcək. Əlilliyi olan şəxslər müraciət zamanı pulsuz surdo tərcüməçi və qiraətçi xidməti ilə də təmin ediləcəklər.
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026
5 Oktyabr 2026