11:33 - 24.09.2026
24 sentyabr, Fineko/abc.az. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergi Məcəlləsinə və "Sosial sığorta haqqında" qanuna dəyişiklik layihəsi müzakirə olunub.
Təklifə əsasən, 2027-ci il yanvarın 1-dən etibarən texnologiyalar parkının rezidentlərində çalışan fiziki şəxslərin əməkhaqqından gəlir vergisi 20 il müddətinə sıfır faiz dərəcəsi ilə tutulacaq.
Eyni zamanda, texnopark rezidenti olan hüquqi şəxslərin mənfəət vergisi, dividendlər, əmlak və torpaq vergisi üzrə güzəşt müddətinin 20 ilə çatdırılması, sənaye parklarında isə bu müddətin 10 il olması nəzərdə tutulur.
İri sahibkarlıq subyektləri üçün güzəştlər müəyyən edilmiş ixrac payı və gəlirlərin ölkədaxili bank hesablarına köçürülməsi şərti ilə tətbiq olunacaq.
Bundan başqa, müvafiq işçilər üçün məcburi dövlət sosial sığorta haqqının hesablanmasında minimum aylıq əməkhaqqının dörd misli və ya faktiki əməkhaqqı arasında seçim imkanı da 20 il müddətinə uzadılacaq. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə 2027-ci ildən qüvvəyə minəcək.
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026
28 Sentyabr 2026