“AZƏRMAŞ GROUP” 10 milyon manatlıq istiqraz

11:31 - 24.09.2026


24 sentyabr, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin 23 sentyabr 2026-cı il tarixli qərarı ilə "AZƏRMAŞ GROUP" MMC-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Emissiya prospektinin qüvvədə olma müddəti 21 oktyabr 2026-cı il tarixində başa çatdığı üçün həmin tarix ticarətə icazənin son günü hesab olunur.

Qiymətli kağızların ümumi buraxılış həcmi 10,000,000 AZN təşkil edir. Hər birinin nominal dəyəri 1,000 AZN olan 10,000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz kütləvi təklif üsulu ilə rəqabətli hərracda yerləşdiriləcəkdir. İstiqrazların nominal dəyərinin 60 faizinə İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən zəmanət verilmişdir.

Əsas emissiya şərtləri:

•      İllik gəlirlilik: 13%

•      Tədavül müddəti: 3 il (36 ay)

•      Kupon ödəniş dövrü: Hər 3 aydan bir (rüblük)

•      Geri satınalma hüququ: Emitent 27, 30, 33 və 36-cı aylarda hər dəfə 2,500,000 AZN həcmində istiqrazları geri satınalma hüququna malikdir.

•      Anderrayter: “PAŞA Kapital İ.Ş.” QSC

Ticarətə buraxılma tarixi emitent tərəfindən ayrıca elan ediləcəkdir.