"Tam Store" həm reklam rejimini pozub, həm də istehlakçıları aldadıb — Protokollar yazıldı

10:34 - 23.09.2026


23 Sentyabr, Fineko/abc.az. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Tam Store" MMC barəsində reklam qanunvericiliyinin pozulması və istehlakçıların aldadılması faktları üzrə inzibati xəta haqqında protokollar tərtib edib.

Məlumata görə, şirkət "Reklam haqqında" Qanunun 4.2, 7.1.2 və 7.1.4-cü maddələrinin müddəalarına əməl etməyərək qadağan olunmuş reklam yayımı həyata keçirib və İXM-in 428.10-cu maddəsi ilə məsuliyyətə cəlb olunub.

Bundan əlavə, "Tam Store" mağazasında qeyri-qida məhsulunun vitrində göstərilən qiymətdən daha baha satıldığı, bununla da "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 13.1-ci maddəsinin tələbinin pozulduğu aşkarlanıb. İstehlakçıların az miqdarda aldadılması faktı üzrə Məcəllənin 447.0.1-ci maddəsinin əlamətləri ilə şirkət haqqında növbəti protokol tərtib edilib.