Dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsi 1,8 milyard manata çatdırılacaq — Nazir

16:57 - 22.09.2026


22 Sentyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə "2027–2030-cu illərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı" üzrə hədəflənən maliyyə və iqtisadi göstəriciləri açıqlayıb.

Nazir bildirib ki, 2030-cu ilədək sektorun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılması nəzərdə tutulur.

2027–2030-cu illəri əhatə edən proqram üzrə ümumi investisiya ehtiyacı 5,3 milyard manat  qiymətləndirilir. Bu vəsaitin 1,1 milyard manatı  dövlət büdcəsi, 2,2 milyard manatı  dövlət müəssisələri, 2 milyard manatı  isə özəl sektor hesabına formalaşacaq.

Beləliklə, investisiyanın 80%-i qeyri-büdcə mənbələrindən cəlb ediləcək və sektorun əlavə dəyəri 2,6 dəfə artacaq.