12:17 - 22.09.2026
22 sentyabr, Fineko/abc.az. 2026-cı ilin ilk yarısında Azərbaycanda REPO bazarının ümumi dövriyyəsi 21,57 milyard manat təşkil edib və illik müqayisədə 30,9 faiz azalıb.
Bakı Fond Birjasının (BFB) hazırladığı “Q2 2026: Azərbaycan və Qlobal İqtisadiyyata və Kapital Bazarlarına Baxış” bülleteninə əsasən, azalma əsasən girov kimi korporativ qiymətli kağızlardan istifadə olunan REPO əməliyyatlarının həcminin 11,85 milyard manatdan 0,96 milyard manata düşməsi ilə bağlı olub.
Eyni zamanda, dövlət istiqrazları əsasında aparılan REPO əməliyyatlarının dövriyyəsi 19,25 milyard manatdan 19,97 milyard manata yüksəlib və ümumi REPO dövriyyəsinin təxminən 93 faizini təşkil edib. Mərkəzi Bankın notları üzrə REPO dövriyyəsi 0,62 milyard manat, ipoteka istiqrazları üzrə isə 0,02 milyard manat olub.
II rübdə REPO dövriyyəsi 10,81 milyard manat təşkil edərək I rübdəki 10,75 milyard manatlıq göstəricini cüzi üstələyib. Bununla belə, illik müqayisədə dövriyyə 25,5 faiz azalıb. Aylıq dövriyyə isə martdakı 2,78 milyard manatdan iyunda 4,07 milyard manata yüksəlib.
Əməliyyatların müddət strukturunda 4–7 günlük REPO-ların payı artıb. Bu seqment üzrə dövriyyə 17,58 milyard manat, əqdlərin sayı 2 580 olub və ümumi REPO dövriyyəsində payı 54,2 faizdən 81,5 faizə yüksəlib.
Bunun əksinə, 1–3 günlük REPO əməliyyatlarının payı 31,6 faizdən 6 faizə enib. 8–15 günlük əməliyyatlar ümumi dövriyyənin 10,4 faizini təşkil edib, 15 gündən artıq müddətli əməliyyatlarda isə aktivlik aşağı səviyyədə qalıb.
Müəllif: Elmir Muradov
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
23 Sentyabr 2026
25 Sentyabr 2026
23 Sentyabr 2026