"FINCA Azerbaijan" Bakı Fond Birjasında 3 milyon manatlıq istiqraz yerləşdirir

16:58 - 18.09.2026


18 sentyabr, Fineko/abc.az. Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatının (QBKT) ümumi dəyəri 3 milyon manat  olan istiqrazlarının ticarətə buraxılması üçün "Ticarətə İcazə" verilib.

 Qiymətli kağızların yerləşdirilməsi üzrə birqiymətli hərrac 22 sentyabr 2026-cı il tarixində keçiriləcək.

AZ2016019203 ISIN kodlu, 18 ay tədavül müddətinə malik istiqrazların hər birinin nominal dəyəri 100 manat (cəmi 30 000 ədəd) təşkil edir. Buraxılış üzrə illik gəlirlilik 15% müəyyən olunub və faiz ödənişləri investorlara hər 3 aydan bir təqdim ediləcək.

Hərracın anderrayteri "Unicapital İnvestisiya Şirkəti" ASC-dir.