11:48 - 10.09.2026
10 sentyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı son Fərmana əsasən, Maliyyə Nazirliyinə dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunması barədə təkliflərini bir ay müddətində hazırlayıb ölkə başçısına təqdim etmək tapşırılıb.
Sənədə əsasən, büdcədən maliyyələşən təşkilatların (DİN, DGK və DVX istisna olmaqla) büdcədənkənar vəsaitlərinin sosial müdafiəyə yönəldilən hissəsindən qalan bütün məbləğləri birbaşa dövlət büdcəsinə köçürüləcək.
Bu tələb 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Maliyyə Nazirliyi həmçinin Prezidentin İşlər İdarəsinin və Xüsusi Tibb Xidmətinin ödənişli xidmətlərindən əldə edilən vəsaitlərin formalaşdırılması üzrə yeni təkliflər hazırlayacaq.
10 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026