12:00 - 9.09.2026
9 sentyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 87 milyard 709,5 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çoxdur.
İqtisadi artımın əsas drayveri qeyri-neft-qaz sektoru olub. Hesabat dövründə qeyri-neft-qaz ÜDM-i 2,1% artaraq 61 milyard 527,6 milyon manata çatıb. Neft-qaz sektorunda isə 0,8%-lik azalma qeydə alınıb və bu sahədə yaradılan əlavə dəyər 26 milyard 181,9 milyon manat təşkil edib.
Sektorlar üzrə göstəricilər:
• İnformasiya və rabitə: +10,7% (2 mlrd. 748,1 mln. manat)
• Nəqliyyat və anbar təsərrüfatı: +8,7% (10 mlrd. 931,9 mln. manat)
• Qeyri-neft-qaz sənayesi: +5,4% (14 mlrd. 605,9 mln. manat)
• Kənd təsərrüfatı: +2,6% (10 mlrd. 57,4 mln. manat)
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026