Büdcə gəlirləri proqnozu üstələdi: 3,7 milyard manatlıq profisit yarandı

15:49 - 8.09.2026


8 sentyabr, Fineko/abc.az. Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2026-cı ilin yanvar-avqust aylarında proqnozu 3% (780,2 milyon manat) üstələyərək 26 milyard 486,5 milyon manata çatıb.

Maliyyə Nazirliyinin məlumatına görə, gəlirlərin əsas hissəsi Dövlət Vergi Xidmətinin xətti ilə daxil olub (12 mlrd. 619,1 mln. manat – proqnozdan 7,7% çox).

Dövlət Neft Fondundan büdcəyə 8 mlrd. 559 mln. manat transfert edilib, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar isə 4 mlrd. 326,9 mln. manat təşkil edib.

Hesabat dövründə büdcə xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% artaraq 22 milyard 770,6 milyon manata yüksəlib.

Nəticədə dövlət büdcəsində 3 milyard 715,9 milyon manatlıq profisit (gəlirlərin xərcləri üstələməsi) yaranıb. İcmal büdcənin profisiti isə 5 milyard 832,1 milyon manat olub.