17:18 - 4.09.2026
4 Sentyabr, Fineko/abc.az. ABŞ-ın "Goldman Sachs" investisiya bankı Türkiyənin avqust ayı üzrə inflyasiya göstəricilərindən sonra yayımladığı hesabatında ölkədə qiymət artımının ana dinamikasının sabitləşdiyini, lakin yüksək enerji qiymətlərinin dezenflasiya prosesi üçün ciddi risk yaratdığını vurğulayıb.
Analitiklər Klemens Qrafe və Başak Edizgilin hazırladığı raporda, daxili tələbatın zəifləməsinin qiymətlərə müsbət təsir etdiyi, lakin enerji xərclərinin artmasının bankın 2026-cı il üçün ilin sonu üzrə nəzərdə tutduğu 29%-lik inflyasiya proqnozunu yuxarı yönlü təzyiq altında saxladığı bildirilib.
Avqustda illik inflyasiyanın 31,5%-ə gerilədiyini (iyulda 31,8% idi) qeyd edən ekspertlər, aylıq baza və xidmət inflyasiyası dinamikasının 1,8% ətrafında sabit qaldığını vurğulayıblar.
Bank analitikləri hesab edirlər ki, enerji bazarlarındakı qeyri-müəyyənlik və xidmət sektorundakı daxili ətalət səbəbindən Türkiyə Cümhuriyyət Mərkəzi Bankı (TCMB) yaxın dövrdə sərt pul-kredit siyasətini saxlayacaq və uçot dərəcəsini sabit tutacaq.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026