Neft bahalaşır: Brent barel başına 95,56 dollar təşkil edir

09:43 - 4.09.2026


4 sentyabr, Fineko/abc.az. Cümə günü keçirilən ticarət əməliyyatlarında etalon markaların qiymətləri artır.

Saat 09:35-ə olan məlumata görə, "ICE Futures Europe" birjasında "Brent" markalı neftin noyabr fyuçersi 0,04 dollar (0,04%) bahalaşaraq bir barel üçün 95,56 dollar təşkil edib. Sentyabrın 3-də keçirilən ticarət əməliyyatlarının yekununda bu müqavilənin qiyməti 0,11 dollar (0,12%) ucuzlaşaraq 95,52 dollar olub.

"New York Mercantile Exchange" (NYMEX) birjasında "WTI" markalı neftin oktyabr fyuçersinin qiyməti saat 09:35-ə qədər 0,20 dollar (0,22%) artaraq bir barel üçün 90,40 dollar təşkil edib. Bir gün əvvəl isə bu müqavilə 0,29 dollar (0,32%) bahalaşaraq 91,30 dollar olub.