15:45 - 20.12.2018
20 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-noyabr aylarında ölkə əhalisinin gəlirlərinin artımını bildirir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-noyabr aylarında əhalinin nominal gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,2% artaraq 47368,8 milyon manat təşkil edib.
“Adam başına orta gəlir 4825,3 manat təşkil edib”, - komitədən belə məlumat verilib.
Bütün könüllü və icbari ödənişlərin həyata keçirilməsindən sonra əhalinin sərəncamında daha 43433,3 milyon manat qalmışdır ki, bu da bir il əvvəl qeyd edilən göstəricidən 9,6% çoxdur.