10:07 - 3.09.2026
3 Sentyabr, Fineko/abc.az. ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdəki hərbi əməliyyatların uzunmüddətli olmayacağını bildirməsindən sonra neft qiymətlərindəki artım səngiyib və spot qızılın qiyməti 3 günlük eniş seriyasını sonlandıraraq bir unsiya üçün 4 430 dolları keçib.
Mərkəzi bankların fiziki qızıl alışlarını davam etdirməsi və ABŞ dollarının sabitləşməsi qiymətli metalın cazibəsini artırır. Nyu-York FED-in sədri Con Uilyamsın inflyasiyanın səngiməsi ilə bağlı nikbin açıqlamaları aqressiv faiz artımı gözləntilərini zəiflətsə də, FED sədri Kevin Uorşun "Jackson Hole" simpoziumundakı sərt tonu və Cümə günü açıqlanacaq kənd təsərrüfatından kənar məşğulluq (Non-Farm Payrolls) statistikası bazarlarda dəyişkənliyi yüksək saxlayır.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026