Prezident İlham Əliyev: "Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər ən yüksək səviyyəyə qaldırılıb"

14:45 - 1.09.2026


1 Sentyabr, Fineko/abc.az. "Qardaş Qırğızıstana yenidən səfər etməkdən məmnunam. Bir ay öncə dövlət səfərim zamanı müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalandı."

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "ŞƏT plyus" formatında keçirilən görüşdə çıxışı zamanı bəyan edib.

Dövlətimizin başçısı vurğulayıb ki, qəbul edilən həmin tarixi sənəd Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli münasibətləri ən yüksək səviyyəyə qaldırıb.