Zəngəzur dəhlizi üzrə inşaat işlərinə yaz aylarında start veriləcək  

14:12 - 1.09.2026


1 sentyabr, Fineko/abc.az    Zəngəzur dəhlizi (TRIPP layihəsi) üzrə inşaat işlərinə növbəti ilin yaz aylarında start verilməsi gözlənilir.

Bu fikirləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yerli İctimai Televiziyaya verdiyi müsahibədə səsləndirib.

XİN rəhbəri vurğulayıb ki, elektrik enerjisinin tranzitinə dəmir yolu xəttinin çəkilişindən daha tez başlanması ehtimal olunur: “Biz, eləcə də ABŞ və digər maraqlı tərəflər düşünürük ki, elektrik enerjisinin nəqli dəmir yolu layihəsindən daha öncə reallaşa bilər. Çünki bu prosesin icrası nisbətən daha asandır”.a