21:46 - 31.08.2026
31 Avqust, Fineko/abc.az. Çinin "BYD" şirkətinin premium brendinə aid "Yangwang U7" elektrik sedanı ekstremal şəraitdə davamlılıq və batareya deqradasiyası üzrə rekord sınaqdan keçib. Avtomobil 9 gün ərzində orta hesabla 240 km/saat sürətlə ümumilikdə 30 000 kilometr məsafə qət edib.
Sınaq sürüşləri Çinin Nannin şəhərində, 36 °C-dən yüksək temperatur və 80%-dək rütubətlilik şəraitində həyata keçirilib. Test boyunca salonda kondisioner fasiləsiz olaraq +24 °C temperaturu saxlayıb. Ekstremal istismar müddətində elektromobil 350 dəfədən çox ultra-sürətli şarj terminalına qoşulub.
"BYD" tərəfindən açıqlanan nəticələrə görə, 30 min kilometrlik ağır sınaq yürüşündən sonra akkumulyator ilkin tutumunun 98.7%-ni qoruyub saxlayıb və deqradasiya cəmi 1.3% təşkil edib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026