"Caspian İnvest” BOKT-nin vəzifəli şəxsi məsuliyyətə cəlb edildi

10:22 - 31.08.2026


31 avqust, Fineko/abc.az. “Bank olmayan kredit təşkilatı Caspian İnvest” MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib.

ABC.AZ xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının apardığı cari nəzarət tədbirləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması müəyyən edilib.

Mərkəzi Bankın məlumatına görə, bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən “BOKT Caspian İnvest” MMC-nin vəzifəli şəxsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 000 manat məbləğində cərimə edilib.