Cekson Houl çıxışından sonra ABŞ-da faiz artımı gözləntiləri güclənib

22:11 - 28.08.2026


28 avqust, Fineko/abc.az. ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Kevin Uorşun Cekson Houl simpoziumundakı çıxışından sonra bazarlarda faiz dərəcələrinin artırılacağı ilə bağlı gözləntilər kəskin yüksəlib.

FED rəhbəri bildirib ki, əgər siyasətçilər inflyasiyanın 2%-lik hədəfə qayıdacağına əmin olmasalar, qurumun "görəcəyi işlər hələ çox olacaq". Uorşun bu bəyanatı inflyasiya təzyiqini zəiflətmək üçün faiz artımlarının yenidən gündəmə gələ biləcəyinə dair ən açıq mesajı kimi qiymətləndirilib.

Analitiklər hesab edirlər ki, bu açıqlama mərkəzi bankın pul-kredit siyasətini daha uzun müddət sərt saxlamaq niyyətində olduğunu göstərir.