10:00 - 29.08.2026
29 avqust, Fineko/abc.az. İngiltərə Bankının (BoE) sədri Əndryu Beyli ABŞ və İran arasındakı münaqişə nəticəsində enerji qiymətlərinin kəskin artmasının Böyük Britaniyada uzunmüddətli ciddi inflyasiya təzyiqləri yaratmasına dair hələlik ciddi bir işarə görmədiyini bildirib.
Cekson Houlda (Vayominq, ABŞ) keçirilən Federal Ehtiyat Sisteminin konfransında "Bloomberg TV"yə müsahibə verən Beyli, ikinci dalğa inflyasiya təsirlərinin kifayət qədər zəif müşahidədə olunduğunu vurğulayıb. O, əmək bazarındakı zəifliyin işçilərin yüksək əməkhaqqı tələb etmək imkanlarını məhdudlaşdırdığını və bunun inflyasiyanı cilovlayan amillərdən biri olduğunu qeyd edib.
Xatırladaq ki, Beyli iyul ayında BoE-nin Pul Siyasəti Komitəsində uçot dərəcəsinin %3,75 səviyyəsində sabit saxlanılması lehinə səs verən 6 nəfərdən biri olub.
9 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026