Bakının bu küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

17:13 - 28.08.2026


28 avqust, Fineko/abc.az. Bu gün Bakının Mirmahmud Kazımovski küçəsinin Mir Cəlal küçəsindən Cavad xan küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, məhdudiyyət aparılacaq təmir işləri ilə əlaqədardır.

Məhdudlaşdırma saat 22:00-dan təmir işləri bitənə qədər tətbiq ediləcək. Sürücülərdən qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri xahiş olunur.