11:49 - 28.08.2026
28 avqust, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı il üzrə avqust sayını təqdim edib.
İcmala əsasən, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.
Təkcə iyul ayında isə qeyri-neft sektoru üzrə ixrac 2025-ci ilin eyni dövrünə nəzərən 15,8% artaraq 384,8 milyon dollar olub. İyulda yeyinti məhsullarının ixracı 123 milyon dollar, qeyri-yeyinti məhsullarının ixracı isə 26% artımla 261,8 milyon dollar təşkil edib.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026