21:54 - 27.08.2026
27 avqust 2026-cı il, Fineko/abc.az. "Bloomberg HT" kanalının avqust ayı üzrə inflyasiya sorğusunun nəticələri açıqlanıb. 18 maliyyə qurumunun iştirak etdiyi anketin median gözləntisinə əsasən, avqustda aylıq inflyasiyanın 1,91%, illik inflyasiyanın isə 31,86% olacağı gözlənilir.
Anketin əsas proqnoz göstəriciləri:
Aylıq gözlənti: ən aşağı 1,25%, ən yüksək 2,10% (median: 1,91%);
2026-cı ilin sonu: median 29,5% (ən aşağı 28%, ən yüksək 31,5%);
2027-ci ilin sonu: median 23% (ən aşağı 20%, ən yüksək 25%).
Xatırladaq ki, iyul ayında inflyasiya aylıq 1,90%, illik bazada isə 31,60% təşkil etmişdi. Türkiyə Statistika Qurumu (TÜİK) avqust ayı üzrə rəsmi inflyasiya göstəricilərini sentyabrın 3-də elan edəcək.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026