"Morgan Stanley"dən Türkiyə bankları üçün YAŞIL IŞIQ: Mənfəətlilik dövrü başlayır

15:36 - 27.08.2026


27 avqust, Fineko/abc.az. ABŞ-nin "Morgan Stanley" investisiya bankı Türkiyə bankçılıq sektoru üzrə təhlillərini bərpa edərək mənfəətlilikdə bərpa prosesinin başladığını bəyan edib. Bank sektora münasibətdə "ehtiyatlı nikbin" mövqe nümayiş etdirir.

Hesabatda Türkiyə Cümhuriyyət Mərkəzi Bankının (TCMB) monetar siyasəti və dezinflyasiya prosesinin dəstəyi ilə "Garanti BBVA" və "Akbank" sektorun ən cəlbedici səhmləri kimi öne çıxarılıb və onlara "Ağırlığını artır" (Endeks Üstü Getiri) tövsiyəsi verilib. Eyni zamanda, "Yapı Kredi" və "İş Bankası" üçün "Eşit ağırlıq" mövqeyi müəyyənləşdirilib.

Analitiklər ilin ikinci yarısından etibarən bankların xalis faiz marjalarının və özəl kapitalın gəlirliliyinin yüksələcəyini proqnozlaşdırırlar.