ABŞ İran neft tankerlərini hərbi qənimət kimi müsadirə etməyi planlaşdırır — "Bloomberg"

12:19 - 27.08.2026


27 avqust, Fineko/abc.az. Birləşmiş Ştatlar İran neft tankerlərinin saxlanılması və müsadirəsi prosedurunu sadələşdirmək üçün yeni hüquqi mexanizmlərdən istifadə etməyi nəzərdən keçirir.

"Bloomberg" agentliyinin məlumatına görə, ABŞ Ədliyyə Nazirliyi uzun müddətdir istifadə olunmayan dəniz tribunalı (priz məhkəməsi) mexanizmini yenidən işə salmağa hazırlaşır. Bu addım Vaşinqtona İranın neft daşıyan gəmilərini rəsmən ABŞ-ın "hərbi qəniməti" kimi rəsmiləşdirməyə və tutulma prosesini hüquqi cəhətdən asanlaşdırmağa imkan verə bilər.

Təşəbbüsün beynəlxalq dəniz hüququ çərçivəsində tətbiqi və Yaxın Şərqdə, xüsusilə Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə təsirləri ekspertlər tərəfindən diqqətlə izlənilir.