14:05 - 26.08.2026
26 avqust, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın Baltikyanı ölkələrlə (Estoniya, Latviya və Litva) ticarət dövriyyəsi ümumilikdə 40 milyon 439,5 min dollar təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 23,8% və ya 12 milyon 600,82 min dollar azdır.
Hesabat dövründə Azərbaycandan Baltikyanı ölkələrə ixrac 65% (16 milyon 4,41 min dollar) kəskin azalaraq 8 milyon 603,81 min dollar olub.
Əksinə, Baltikyanı ölkələrdən İdxal isə 12% (3 milyon 403,59 min dollar) artaraq 31 milyon 835,69 min dollara çatıb. Bu göstəricilər Azərbaycanın ümumi ixracının 0,05%-ni, ümumi idxalının isə 0,33%-ni təşkil edib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026