Bankların cəmi aktivləri 61 milyard manata yaxınlaşıb — AMB

13:47 - 26.08.2026


26 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, 31 iyul 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın cəmi aktivləri 60 979,9 mln. manat təşkil edib.

İyul ayında bankların cəmi aktivləri, cəmi öhdəlikləri (53 330,2 mln. manat) və balans kapitalı (7 649,7 mln. manat) 0,1% artıb. Hesabat ayında bank sektorunda çalışanların sayı isə 0,3% (93 nəfər) artaraq 27 555 nəfərə çatıb.

Qeyd edək ki, ölkədə 504 bank filialı, 82 şöbə və 3 505 ATM fəaliyyət göstərir.