15:58 - 22.08.2026
22 avqust, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsinin inşasına investisiya yatıraraq ölkənin pərakəndə ticarət sektorunda fəaliyyətə başlayır.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə təşkil olunan Azərbaycan-Özbəkistan IV Regionlararası Forumunda bəyan edib. Nazir qeyd edib ki, SOCAR artıq "Uzbekneftegaz" və Böyük Britaniyanın "BP" şirkəti ilə birgə Özbəkistanın perspektivli "Üstyurt" yatağının kəşfiyyatı və işlənməsi layihəsində investor qismində yer alır.
Eyni zamanda, M.Cabbarov "AzerGold" QSC-nin özbək tərəfdaşları ilə birlikdə bu ölkənin regionlarında geoloji-kəşfiyyat və hasilat işləri aparacağını diqqətə çatdırıb.