17:07 - 8.08.2026
8 avqust, Fineko/abc.az. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar televiziya kanallarından birinin efirində ölkəsinin Azərbaycandakı yataqlarda müxtəlif layihələrin reallaşdırılmasına hazır olduğunu bildirib.
Nazir qeyd edib ki, Ankara hazırda "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənilməsində və "Şahdəniz" layihəsində fəal iştirak edir. O, Bakı ilə enerji resurslarının dünya bazarlarına çıxarılması sahəsində uğurlu əməkdaşlığı xüsusi vurğulayıb və iyunun 1-də SOCAR, BOTAŞ, "TotalEnergies" və ADNOC arasında imzalanmış sazişi buna misal göstərib. Sazişə əsasən, 2029-cu ildən başlayaraq 15 il ərzində Azərbaycan Türkiyəyə ümumilikdə 33 milyard kubmetr qaz tədarük edəcək.
A.Bayraktar əlavə edib ki, Türkiyənin xaricdəki energetika investisiyaları yalnız hasilatın artırılmasına deyil, həm də texnologiya transferinə və istehsal güclərinin beynəlxalq bazarlara çıxarılmasına yönəlib. Onun sözlərinə görə, Türkiyə İraqdan Somali, Liviya, Oman, Azərbaycan və Macarıstanadək geniş coğrafiyada qurduğu tərəfdaşlıqlar sayəsində qlobal enerji bazarında nüfuzlu oyunçuya çevrilir.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026