"ING Group" və "Fitch"dən Azərbaycan iqtisadiyyatı ilə bağlı 2%-lik proqnoz

13:00 - 11.07.2026


11 iyul, Fineko/abc.az. Niderlandın "ING Group" bank qrupu və "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın 2026-cı il üzrə iqtisadi artım tempinə dair proqnozlarını yeniləyib.

Hər iki nüfuzlu maliyyə institutu cari ildə Azərbaycan iqtisadiyyatının 2% səviyyəsində artacağını proqnozlaşdırır. "Fitch Ratings" analitiklərinin fikrincə, enerji daşıyıcılarının yüksək qiymətlərinin müsbət təsiri ölkədə tətbiq edilən sərt pul-kredit və fiskal siyasət, eləcə də kreditləşmənin mülayim artımı ilə tarazlaşdırılacaq.

"ING Group" isə rüblük bərpa tendensiyasına diqqət çəkib. Bankın analitikləri iqtisadi canlanmanın ilin ikinci yarısında sürətlənəcəyini (II rübdə 2%, III rübdə 3%, IV rübdə isə 3,3%) gözləyirlər. Bankın 2027-ci il üzrə ÜDM artımı proqnozu isə 3% səviyyəsində saxlanılıb.