15:24 - 3.12.2018
3 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, dövlət əmlakının özəlləşdirilməsi üzrə ilk hərracın 2019-cu ildə keçiriləcəyi tarixi müəyyənləşdirdi.
Dövlət Komitəsinin məlumatında deyilir ki, növbəti hərrac 8 yanvar 2019-cu il tarixində keçiriləcək.
“Hərraca ümumilikdə 147 dövlət əmlakı çıxarılıb. Onlardan 87-si kiçik dövlət müəssisə və obyekti, 43-ü qeyri-yaşayış sahəsi, 17-si isə səhmdar cəmiyyətidir”, - məlumatda belə deyilir.
Hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat Dövlət Komitəsinin saytında emdk.gov.az və özəlləşdirilmənin portalında privatization.az təqdim olunub.
27 İyul 2026