14:46 - 11.06.2026
11 iyun, Fineko/abc.az. Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında əsas kapitala 64,75 milyon manat vəsait yönəldilib.
Naxçıvanın Nazirlər Kabinetindən ABC.AZ-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 % çoxdur.
Ötən 5 ayda investisiya qoyuluşunun 35,6 %-i məhsul istehsalı sahələrinə, 19,8 %-i xidmət sahələrinə, 44,6 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala vəsait qoyuluşunun 54,5 milyon manatı və yaxud 84,1 %-i tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 1 il əvvələ nisbətən 55 % çoxdur.
Xatırladaq ki, 5 ay ərzində Azərbaycanda əsas kapitala 6 milyard 650,1 milyon manat investisiya yönəldilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,1 % azdır.
Son 1 ildə qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 14,7 % azalaraq 4 milyard 98,2 milyon manat təşkil edib.
12 İyun 2026
12 İyun 2026
11 İyun 2026