11:12 - 10.06.2026
10 iyun, Fineko/abc.az. Fırıldaqçılıq riskinin artması rəqəmsallaşmanın faydalarını azalda bilər.
ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən X Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri Tamerlan Rüstəmov bildirib.
O bildirib ki, rəqəmsallaşma artdıqca fırıldaqçılıq riski də müəyyən dərəcədə yüksəlir.
"Lakin bir mərhələdən sonra ekosistemin fırıldaqçılığa qarşı müdafiə imkanları zəifləyir və nəticədə "Vəhşi Qərb" adlandırılan mühit formalaşır. Bu zaman fırıldaqçılıq riski kəskin artır, rəqəmsallaşmanın yaratdığı faydalar isə gözlənilən səviyyədə olmur. Nəticədə, Beynəlxalq Hesablaşmalar Bankının yanaşmasına görə, həm tənzimləyici qurumların, həm də ekosistem iştirakçılarının əsas vəzifəsi bu sərhədi mümkün qədər sağa çəkməkdir. Bu məqsədə nail olduqca rəqəmsallaşmanın faydaları artır, fırıldaqçılıq riski isə idarəolunan səviyyədə saxlanılır. Beləliklə, rəqəmsal ekosistemin inkişafı üçün daha balanslaşdırılmış və dayanıqlı mühit formalaşır", - deyə o qeyd edib.
10 İyun 2026
8 İyun 2026