20:00 - 8.06.2026
8 iyun, Fineko/abc.az. Rusiyada Amerika Ticarət Palatasının (AmCham) rəhbəri Robert Eyci Rusiya və ABŞ biznesləri arasında kosmos sahəsi və məlumat emalı mərkəzlərinin (Data Center) inkişafı üzrə potensial əməkdaşlıq imkanlarından danışıb.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, “kosmos sahəsində ABŞ üçün ən məntiqli tərəfdaş Rusiyadır”.
“Data mərkəzləri üçün lazım olan əsas şərtlər ucuz elektrik enerjisi və əlverişli iqlimdir. Rusiyada bunlar var”, — deyə o bildirib.
Eyci qeyd edib ki, ikitərəfli əməkdaşlığın, o cümlədən biznes xətti üzrə inkişafı Rusiya–ABŞ danışıqlar prosesinin nəticəsi olaraq mümkün ola bilər. O, məlumat mərkəzləri üzrə potensial marağı Rusiyanın bu sahə üçün zəruri resurslara malik olması ilə əlaqələndirib.
8 İyun 2026