14:34 - 12.05.2026
12 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % artıb.
ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Xatırladaq ki, yanvar-mart aylarında orta illik inflyasiya 5,7 % təşkil etmişdi.