Fitch: ABŞ iqtisadiyyatında qeyri-müəyyənlik riskləri tariflər və hərbi xərclər fonunda qalır

11:01 - 1.05.2026


1 may, Fineko/abc.az. Vaşinqtonun iqtisadi sahədə qeyri-müəyyənlik riskləri qalmaqdadır. Bunun səbəbi tariflər və İrana qarşı hərbi əməliyyatlara çəkilən xərclərdir.

ABC.AZ xəbər verir ki, bu barədə Fitch reytinq agentliyi məlumat yayıb.

Qeyd olunur ki, ekspertlər ABŞ-ın uzunmüddətli kredit reytinqini AA+ səviyyəsində saxlayıblar. Bu isə defolt risklərinin ciddi olmadığını göstərir.

Analitiklərin fikrincə, büdcə kəsiri ÜDM-in 7,9 faizi səviyyəsində qalacaq. Proqnoza görə, ABŞ-ın dövlət borcu gələn ilin sonuna qədər 122 faizə yüksələcək.