11:41 - 29.04.2026
29 aprel, Fineko/abc.az. Bu ilin I rübündə BOKT-lərin cəmi aktivləri 938.9 milyon manatdan 1471.4 milyon manata yüksələrək 56.7% artıb.
ABC.AZ-ın məlumatına görə, aktivlərdə əsas payı təşkil edən müştərilərə verilən kreditlər 813 milyon manatdan 1238.3 milyon manata çataraq 52.3% artım göstərib.
Xalis kredit portfeli isə 652.1 milyon manatdan 1099.5 milyon manata yüksələrək 68.6% artıb.
Nağd vəsaitlər və cari hesablar da müvafiq olaraq 4.6 milyon manatdan 8.4 milyon manata və 41.5 milyon manatdan 108.1 milyon manata yüksəlib.
Cəmi öhdəliklər 517.1 milyon manatdan 804.4 milyon manata yüksələrək 55.6% artıb. Cəmi kapital isə 421.8 milyon manatdan 667.0 milyon manata qalxaraq 58.2% artım göstərib. Bölüşdürülməmiş xalis mənfəət 156.9 milyon manatdan 307.8 milyon manata yüksələrək 96.2% artıb.
3 Sentyabr 2026
3 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026