17:00 - 21.04.2026
21 aprel, Fineko/abc.az. Prezident İlham Əliyev 22 iyun 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş "İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nda dəyişiklik edib.
ABC.AZ xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra ən azı 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olacaqlar.
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
14 Avqust 2026
11 Avqust 2026
11 Avqust 2026
12 Avqust 2026