16:57 - 10.04.2026
10 aprel, Fineko/abc.az. 2025-ci ildə DMM və korporativ emitentlər üzrə ümumilikdə 55 kütləvi istiqraz yerləşdirilməsi həyata keçirilib (2024: 59).
ABC.AZ xəbər verir ki, bu barədə Bakı Fond Birjasının açıqladığı hesabatda qeyd edilib.
"Bu göstərici son illərlə müqayisədə sabit qalaraq kapital bazarından maliyyələşmənin davam etdiyini göstərir. Dövlət istiqrazlarının müddət strukturu isə əsasən orta müddətli buraxılışlara üstünlük verildiyini göstərir. Ümumilikdə, dövlət istiqrazlarının həcminin azalmasına baxmayaraq, korporativ, dövlət müəssisələri və ipoteka seqmentlərində artım borc bazarında tədrici diversifikasiyanı əks etdirib"; - deyə hesabatda vurğulanıb.