İndoneziya yanacaq qiymətlərini müvəqqəti dondurdu

14:28 - 31.03.2026


31 mart, Fineko/abc.az. İndoneziya hökuməti yanacaq qiymətlərinin müvəqqəti dondurulmasını elan edib.

ABC.AZ xəbər verir ki, bu barədə Detik portalı məlumat yayıb və məlumatını İndoneziya Energetika və Minerallar Resursları Nazirliyinə istinad edib.

Məlumata görə, nazirlik və İndoneziya dövlət korporasiyası Pertamina ölkə prezidenti Prabovo Subiantonun göstərişi ilə fəaliyyətlərini koordinasiya etmək barədə razılığa gəliblər.

“Buna görə də Pertamina şirkəti bildirib ki, yanacaq subsidiya olunub-olunmasından asılı olmayaraq qiymətləri dəyişdirməyəcək”, — deyə portal nazirliyin nümayəndəsinin sözlərini sitat gətirir.

Hökumət, vətəndaşları qiymətlərin tezliklə yüksələcəyi ilə bağlı yayılan məlumatlara görə təşvişə düşməməyə çağırıb.