09:46 - 14.11.2018
14 noyabr, Fineko/abc.az. Ötən gün Azərbaycan Maliyyə Nazirliyi Bakı Fond Birjası (BFB) vasitəsilə dövlət ortamüddətli istiqrazların (DOİ) satışını həyata keçirirdi.
BFB xəbər verir ki, noyabrın 14-də AZ0105017690 nömrəli, 30 milyon manat həcmində və tədavül müddəti 728 gün olan DOİ buraxılışı yerləşdirilirdi.
Hərrac zamanı 12 investordan bir istiqraza 96,4540 AZN-dən (gəlirlik 10,0000%) 100,5464 AZN-ə (7,7000%) qədər qiymət intervalında 19 sifariş daxil olmuşdur.
Maliyyə Nazirliyinin qərarına əsasən, kəsmə qiyməti 100,0000 AZN (gəlirlilik 8,0000%), orta ölçülmüş qiymət 100,0661 AZN (7,9635%) səviyyəsində müəyyən edilmişdir. Sifarişlərin ümumi məbləği 28 344,2 min manat olmaqla, DOİ 21 071,6 min manat həcmində yerləşdirilmişdir.
DOİ-nin ödəmə tarixi: 10 noyabr 2020-ci il.