Azad edilmiş ərazilərdə 5 930 hektar torpaq sahəsinin icarəyə verilməsinə razılıq verilib

16:44 - 25.02.2026


25 fevral, Fineko/abc.az. 2025-ci ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki 5 930 hektar torpaq sahəsinin icarəyə verilməsinə razılıq bildirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən 4 müraciət daxil olub.

ABC.AZ Dövlət Xidmətinə istinadən xəbər verir ki, əvvəlki dövrlərdə daxil olmuş işlər nəzərə alınmaqla 2691,66 ha torpaq sahəsi üzrə 6 müraciətə razılıq verilib.

Bundan başqa, ötən il işğaldan azad edilmiş ərazilərdə yerləşən torpaq sahələrinin ayrılmasına rəy bildirilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən 252 müraciət daxil olub. Əvvəlki dövrlərdə daxil olmuş müraciətlər nəzərə alınmaqla 5 540 hektar torpaq sahəsi üzrə 209 müraciətə müsbət rəy verilib.