Qazaxıstan üç İES-i Rusiyasız inşa edəcək

12:22 - 19.02.2026


19 fevral, Fineko/abc.az. Qazaxıstanın Kökşetau, Semey və Öskemen şəhərlərində (Ust-Kamenogorsk) tikilməsi planlaşdırılan üç istilik-elektrik stansiyası (İES) böyük ehtimalla Çin tərəfdaşları ilə birgə həyata keçiriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstanın energetika nazirinin müavini Sungat Yesimkhanov bildirib.

Onun sözlərinə görə, layihələrin icrası Samruk-Energo şirkətinə həvalə olunub və artıq bütün törəmə qurumlarla müvafiq investisiya sazişləri imzalanıb. Layihə çərçivəsində müəyyən şirkətlər konsorsiumunun yaradılması nəzərdə tutulur və tərəfdaşlar arasında Çin şirkətlərinin də yer alacağı gözlənilir.

Xatırladaq ki, daha əvvəl bu üç İES-in Rusiya tərəfinin iştirakı ilə inşa ediləcəyi planlaşdırılırdı. 2024-cü ildə Rusiya və Qazaxıstan arasında müvafiq hökumətlərarası saziş imzalanmışdı. Layihənin Rusiya tərəfindən Inter RAO – Export, Qazaxıstan tərəfindən isə Samruk-Energo tərəfindən həyata keçirilməsi nəzərdə tutulurdu.