17:34 - 7.11.2018
7 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib.
BFB-in məlumatında deyilir ki, 7 noyabr tarixində AMB 50103720S dövlət nömrəli, 300 milyon manat həcmində, 28 gün müddətinə qısamüddətli notlar təklif etmişdir.
16 investordan 1 214 795,8 min manat məbləğində 24 sifariş daxil olmuşdur. İnvestorlar qısamüddətli notlar üçün 99,4004 manat (gəlirlilik 7,76%) təklif etmişlər.
Mərkəzi Bankın qərarına əsasən, kəsmə qiyməti 99,4004 manat (gəlirlilik 7,76%), orta ölçülmüş qiymət də həmin səviyyədə müəyyən edilmişdir. Nəticədə 300 milyon manat həcmində qısamüddətli notlar yerləşdirilmişdir.
Notların ödəmə tarixi: 5 dekabr 2018-ci il.